İstirahət mərkəzində qadını öldürməyə cəhd etməkdə ittiham oluan şəxsin məhkəməsi başlayır


  • 8 Dekabr 2023 16:53

Xaçmazda istirahət mərkəzində adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Sakit Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər