Abşeronda yataqxanadan oğurluq edən şəxsin istintaqı başa çatdı


  • 11 Dekabr 2023 11:10

Abşeronda yataqxanadan oğurluq etməkdə təqsirləndirilən Fuad Əzizovun cinayət işin üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abusət Qasımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Əzizov Abşeronda yataqxanaların birinin zirzəmisindən 10 000 manat dəyərində dəmir və plastik boru oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər