Biləsuvarda tanışını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 11 Dekabr 2023 17:09

Biləsuvarda tanışını öldürməkdə təqsirləndirilən Rüfət Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində, yol kənarında baş verib. Belə ki, Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini 1993-cü il təvəllüdlü Əlizadə Rüfət Kərim oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1986-cı il təvəllüdlü Cəlilabad rayon sakini İlhamlı Vüsal İlham oğlunun döş qəfəsinin sol yarısına əlindəki bıçaqla bir dəfə zərbə endirib. Nəticədə V. İlhamlı aldığı xəsarətdən hadisə yerində ölüb. R.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər