- 8 May 21:45
Bakıda kafedən oğurluq etməkdə təqsirləndirilən Röyal Qənbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İş hakim Fuad Axundovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağcabədi rayon sakini Röyal Qənbərov Xətai rayonu, X.Məmmədov küçəsində yerləşən kafelərin birindən 4 000 manat dəyərində məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə