Məzmuna keç

“İrşad Electronics” barəsində inzibati protokol tərtib olundu

"İrşad Electronics" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "İrşad Electronics" min beş yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə