Şəkidə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.
Hakim Kamran Musayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 70 yaşlı Seyfənndin Cəfərovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Seyfəddin Cəfərov hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
