Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün istintaqı başa çatdı

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Varis Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları naxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Tural Əfəndizadə icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vactı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ruşan kəndi ərazisində baş verib. "VAZ-2106" markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb. Nəticədə avtomobildə olan sərnişin – 36 yaşlı rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə