Məzmuna keç

Füzulidə arvadının ölümündə ittiham olunan kişinin məhkəməsi başlayır

Füzuli rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Süleyman Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı 1987-ci il təvəllüdlü Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli8 sürülüb.

Şəbnəm Mehdizadə