Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Məşədi Aşırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Esmira Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 19-na təyin olunub.
Qeyd edək ki, hadisə Füzulinin Aşağı Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb. “Mercedes” və “VAZ-2106” markalı avtomobillər toqquşması nəticəsində “VAZ-2106”-nın sürücüsü, 1985-ci il təvəllüdlü Salyan şəhər sakini Nəzərov Rəşad Rəşid oğlu, onun sərnişini, 1964-cü il təvəllüdlü Kürdəmir rayon sakini Əhmədov Yaşar Mirzə oğlu ölüb, 6 nəfər isə xəsarət alıb. “Mercedes” markalı avtomobilin sürücüsü M.Aşırova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
