Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əlibala Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Səbail rayonu, Salyan şossesində baş verib. 2001-ci il təvəllüdlü Əlibala Musayev "Hyundai Santa Fe" markalı avtomobillə yolu keçən 1970-ci il təvəllüdlü Cahid Əsgərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Ə.Musayeva qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
