Məzmuna keç

Bakıda tanışını öldürməkdə təqsirləndirilən şəxslə bağlı məhkəmə başlayır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Anar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Anar Cəfərov aralarında yaranan mübahisə zamanı 1997-ci il təvəllüdlü Saleh Sadıqovu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə