Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ceyhun Nemətlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi "Opel" markalı avtomobillə 55-60 yaşlarında kişini vurub. Piyada hadisə yerində ölüb. C.Nemətliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
