Şəmkirdə oğurluq etməkdə təqsirləndirilən Cəmil Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Cəmil Abbasov rayon sakininə məxsus avtomobildən 320 manat pul, eləcə də metal qəbulu məntəqəsindən mis oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
