Məzmuna keç

Sabirabadda oğurluq edən dəstə üzvləri hakim qarşısına çıxarılır

Sabirabadda oğurluq etməkdə təqsirləndirilən Şəfahət Əliyev, Samir Qurbanov, Mais Kərimov, Şəmsi Əmirov və Vüsal Hümbətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

İş hakim Füzuli Pənahovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, həmin şəxslər rayonun Məmişlər kəndində yerləşən fərdi təsərrüfatların birindən 2 baş qoyun, eyni kənd ərazisində daha bir təsərrüfatdan 3 baş qoyunu oğurlayaraq zərərçəkmişə maddi ziyan vurublar. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə