"Nohurgöl Hotel" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Elman İsayevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Nohurgöl Hotel" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
