"Türk Yapı Sənaye" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Taleh Mustafayevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Türk Yapı Sənaye" min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
