Məzmuna keç

Bakıda oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Renat Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə