Məzmuna keç

Qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Nihat Hüseyinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Fərid Əmirəliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 28-də keçiriləcək.

Qeyd edək ki, 20 yaşlı Bakı şəhər sakini Nihat Hüseyinov paytaxt sakini olan bir qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 800 manat pul almaqda təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə