"Gədəbəy Mineral Suları" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunaraq Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Marif Kazımovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu xətaya görə "Gədəbəy Mineral Suları" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
