Məzmuna keç

Oğurluqda ittiham olunan keçmiş məhkum hakim qarşısına çıxarılır

Abşeron rayonu Xırdalan şəhərində evdən oğurluq etməkdə təqsirləndirilən Mahmud Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Mahmud Mahmudov Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda təqsirləndirilir. Şəhər sakini əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olubmuş. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə