"Yasamal Hospital" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Yasamal Hospital" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
