Gədəbəydə kafedə ofisiantı qətlə yetirməkdə təqsirləndirilən Elpərəs İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.
İş hakim Vüqar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 9-na təyin olunub.
Qeyd edək ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov kafelərin birində şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib. Nəticədə Teymur Tapdıqov, ölüb. Teymur Tapdıqov və Samir Tapdıqov həmin kafedə ofisiant işləyirmiş. Elpərəs İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
