Bərdədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Murad Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elsun Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 8-də keçiriləcək.
Qeyd edək ki, hadisə Bərdənin Şirvanlı kəndində qeydə alınıb. Belə ki, 1995 -ci il təvəllüdlü Qəhrəmanlı Murad Bəhmən oğlu idarə etdiyi avtomobillə piyada, 1998-ci il təvəllüdlü Hüseynov Nəcməddin Nizaməddin oğlunu vurub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
