Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Səfər Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Hakim Asif Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Gəncə şəhəri Atatürk prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü, Hüseynov Səfər İbrahim oğlu idarə etdiyi “Kia Ceed” markalı avtomobil ilə 1967-ci il təvəllüdlü İsmayılov Malik Mirzə oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşub. Daha sonra idarəetməni itirərək yolu keçən piyada 1983-cü il təvəllüdlü, Babayeva Firuzə Yusif qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
