Abşeronda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Elnur Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirlləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Abşeron rayonu ərazisində baş verib. 1993-cü il təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək öldürüb. Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
