Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Hüseyn Baratovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmı materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən çayxanada baş verib. Müştərilər arasında dava zamanı Hüseynov Barat 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlunu bıçaqlayıb. B.Hüseynə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
