Məzmuna keç

Gömrük Komitəsi Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazdı

​"Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edərək Gəncə Şəhər Məhkəməsinə göndərib.

İşə hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə şirkəti min beş yüz manat məbləğində cərimə gözləyir.

Şəbnəm Mehdizadə