Məzmuna keç

Masallıda qadına qarşı quldurluq etməkdə təqsirləndirlən şəxs hakim qarşısına çıxarılır

Masallı rayonunda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən İntiqam Axundovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Qızılağac kənd sakini İntiqam Axundov kənd ərazisində evlərdən birinə daxil olaraq ev sahibəsinə kəsici alətlə xəsarət yetirərək pul tələb etməkdə təqsirləndirilir. O, əvvəllər narkotiklərlə əlaqəli cinayətə və oğurluğa görə məhkum olunubmuş. İntiqam Axundova qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə