Məzmuna keç

Məhkəmə tanışını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Mingəçevirdə tanışını öldürməkdə təqsirləndirilən Ceyhun İsərfilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Xaliq Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Ceyhun İsrəfilov aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektinde tanışı 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirib. S.Məmmədov aldığı xəsarətdən vəfat edib. Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə