Məzmuna keç

Ali Məhkəmənin sədri Ramiz Rzayev Slovakiyada Konfransda iştirak edib

Ali Məhkəmənin sədri Ramiz Rzayev Slovakiyada Konfransda iştirak edib

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il may ayının 27-29-dək Bratislavada keçirilən Mərkəzi və Şərqi Avropa Ali Məhkəmə sədrlərinin 9-cu Konfransında iştirak etmək üçün Slovakiya Respublikasına gediblər.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, bu gün Konfransın açılış mərasimi olub.

Açılış mərasimindən sonra: – Müasir mətbuat mühitində məhkəmələrin dəyərlərinin ictimaiyyət tərəfindən səmərəli şəkildə öyrənilməsi; Vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu; İnsan hüquqlarının təşviqində məhkəmələrin rolu mövzularında iclaslar keçirilib və müzakirələr aparılmıb.

Konfransın proqramına əsasən, tədbirin ikinci günü Azərbaycan Ali Məhkəməsinin sədri R.Rzayevin “Hakimlərin seçilməsi” mövzusunda çıxışı nəzərdə tutulub.