Məzmuna keç

Sumqayıtda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mehman Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanmış cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 19-da keçiriləcək.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Mehman Rüstəmov Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı, 1984-cü il Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. M.Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə