Məzmuna keç

Sədərək Rayon Mərkəzi Xəstəxanası cərimələnə bilər

"Sədərək Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci ( Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Sədərək Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Zülfüqarovun icraatına verilib.

Protokol təsdiq olunarsa, Sədərək Rayon Mərkəzi Xəstəxanası üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası fevralın 19-da keçiriləcək.

Şəbnəm Mehdizadə