Hacıqabulda qonşusunu öldürməkdə təqsirləndirilən Pərviz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Esmira Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Pərviz Quliyev Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində aralarında yaranmış mübahisə zamanı qonşusu, 1980-ci il təvəllüdlü Rəhman Qocalıyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
