Məzmuna keç

Qobuda narkotiklə tutulan şəxsin məhkəməsi başlayır

Qobuda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Arafat İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Arafat İsmayılovun Qobu qəsəbəsində yaşadığı evinə baxış zamanı 7 kiloqram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 68 ədəd ümumi çəkisi 28 kiloqram çətənə kolu aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə