Masallıda 2 nəfərin xəsarət aldığı yol qəzası ilə bağlı məhkəmə başlayır


  • 9 Fevral 12:54

Masallıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fuad Həsrətovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Hakim Ceyhun Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində baş verib. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində “Ford” markalı avtomobil mişar daşı ilə dolu “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Ford” markalı avtomobilin sürücüsü Fuad Həsrətov və sərnişini Samir Xəlilov ağır bədən xəsarətləri alıblar. F.Həsrətova qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər