Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 9 Fevral 17:29

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Ülvi Şirinovun cinayət işi üzrə ibtidai istintaq baş çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Suraxanı rayonu Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü sürücü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub. Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər