Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 9 Fevral 17:34

Bakıda adam öldürməkdə təqsirləndirilən Mərdan Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Mərdan Əsədullayev aralarında yaranmış mübahisə zamanı 1960-cı il təvəllüdlü Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vuraraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər