Türkiyə şirkətinin Azərbaycandakı filialına cərimə yazıldı


  • 9 Fevral 18:45

“Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Goranboy Rayon Məhkəməsində hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası fevralın 22-də keçiriləcək.

Protokol təsdiq olunarsa, şirkət min iki yüz manat məbləğində cərimə oluna bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər