"Azərbaycan Metrologiya İnstitutu" cərimələnə bilər


  • 12 Fevral 10:54

"Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, institut barəsində İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci (Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək kİ, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər