Qonşusunun ölümündə təqsirləndirilən şəxsin istintaqı başa çatıb


  • 12 Fevral 17:12

Bakıda qonşusunun ölümünə səbəb olmaqda təqsirləndirilən Sayruz Səttarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Sayruz Səttarov mübahisə zamanı qonşuları - 1959-cu il təvəllüdlü Marina Çabanova və onun qızı, 1987-ci il təvəllüdlü Nərminə Vəliyevanın sifət nahiyəsinə yumruqla zərbələr endirib. Nəticədə N.Vəliyeva ölüb. S.Səttarova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər