Abşeronda bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Sərxan Haşımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. Belə ki, 1974-cü il təvəllüdlü Sərxan Həşimov aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirib. Zümrüd Haşımova aldığı xəsarətlərdən həmin gün müalicə aldığı xəstəxanada ölüb. İyulun 4-də isə xəsarət alan şəxslərdən daha biri – Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb. Xəyalə Kərimova isə iyulun 9-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. S.Həşimova qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
