"ATEF Şirkətlər Qrupu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci (Malların və nəqliyyat vasitələrinin on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "ATEF Şirkətlər Qrupu" min iki yüz manat məbləğində cərimə oluna bilər.
Şəbnəm Mehdizadə
