Məzmuna keç

Məhkəmə Naxçıvanda adam öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən Elvin Zaxarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elvin Zaxarov aralarında yaranmış mübahisə zamanı Şərur rayonunun Yengicə kəndi ərazisində kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevi öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə