Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, idarə barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şəbnəm Mehdizadə
