Məzmuna keç

Salyanda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Araz Məcidovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ağarza Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Məcidov Araz Arif oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını qarşıdakı unla dolu eyni yük maşınının qoşqusuna, sonra beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb, yanındakı sərnişin, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Kiçikbəyov Rahid Elçibəyi oğlu hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə