Məzmuna keç

Ticarət mərkəzindən geyim oğurlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən İsmayıl Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, İsmayıl Əliyev Nərimanov rayonu ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 2900 manat dəyərində 4 ədəd gödəkçə oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə