Məzmuna keç

Bakıda oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda oğurluq etməkdə təqsirləndirilən Zamin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ramilə Xəzrinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Lənkəran rayon sakini Zamin Cəfərov Türkan qəsəbəsi ərazisində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7700 manat dəyərində naqil oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə