- 15 Fevral 10:44
Xaçmazda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Natiq Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 4-ə təyin olunub.
Qeyd edək ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeliyində olan Sumqayıt Xətt Polis Bölməsi əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də psixotrop təsirə malik həblər (ekstazi) aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə