"Premium Clinic" barəsində inzibati protokol tərtib olundu


  • 20 Fevral 17:03

"Premium Clinic" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Solmaz sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunsa, "Premium Clinic" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər