Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır


  • 20 Fevral 17:22

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tofiq Salahlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ceyhun Qədimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Lənkəran rayonunun Liman şəhər sakini 28 yaşlı Vüqar Heyrət oğlu Əsgərli ölüb. Lənkəran rayonunun Hirkan qəsəbə sakini 58 yaşlı Tofiq Abbas oğlu Salahlı baş nahiyəsindən xəsarət alaraq Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib. T.Salahlıya qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər